Onlayn ictimai-siyasi qəzet
“Əziz insanları həmişə yanında görmək istəyirsən. O da valideynlərimdir. Valideyn yarası heç zaman sağalmır. Yeni il gecəsi anam, 3 ay sonra isə bacım Novruz bayramında dünyasını dəyişdi. Anamın vəfatından sonra 2 ay dərin stress yaşadım. Bu itkini çox dərin keçirdim. Özümdə deyildim. Mənə söz deyirdilər, eşitmirdim. Bir şey deyirlər, yadında qalmırdı”.
Bu sözləri Əməkdar artist Zakir Əliyev “Nanəli” verilişinə müsahibəsində deyib.
Anasını və bacısını itirən sənətçi bu ağrını dünyaya gələn qızı ilə ovutmağa çalışıb:
“Bacım dünyasını dəyişəndən sonra bir təsəlli kimi Allah bizə övlad payı verdi. Uşaq mələk idi. Onu xəstəxanadan çıxaranda avtomobildə qucağıma aldım, inanmadım ki, bu uşaq mənim övladımdır. Ay parçası kimi idi. Övladımın dünyaya gəlməsi məni dərin stressdən çıxardı. Uşaq sanki dünyamı dəyişdi”.
Lakin Z.Əliyevin sevinci çox çəkməyib. 7 ayında ağır şəkildə xəstələnən qızı Nərgiz dünyasını dəyişib.
“Digər övladlarım qızımın öldüyünü biləndə evdə bağırırdılar. Təcili yardımı çağırsaq da, kömək edə bilmədilər. Körpə çox pis xəstələndi. Soyuqladı və bronxları tutuldu.
Evdə bir dəqiqənin içində nəfəsi getdi, gəlmədi. Yəni övladın körpə, kiçik, yaşlı olmasından aslı olmayaq valideynin qəlbində böyük iz salır. Həyat yoldaşımla kiçik bir qutu tapdıq. Körpəmizi o qutunun içinə qoyub kəndə apardıq. Körpəmi qardaşımla birgə böyük övlad kimi dəfn etdik. Bunu Allahın imtahanı hesab edirəm. Şükür Allahın məsləhətinə. Görünür ki, bütün bu stressləri mən yaşamalı idim”, - deyə Zakir vurğulayıb. (bizim.media)
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ