İnsanlara hürriyət, millətlərə istiqlal!

Əmək Məcəlləsinə “işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssis” anlayışı əlavə edildi

Milli Məclisdəki müzakirələrdə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Azərbaycan Respublikasının Əmək Məcəlləsindədəyişiklik edilməsi barədə” qanun layıhəsini təqdim etdi. O bildirdi ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun təklif olunan yeni layihəsinə əsasən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis” anlayışı məcəlləyə əlavə olunur. Mütəxəssisə qoyulan tələblər aşağıdakılardır: 1. Peşə, orta ixtisas və ali təhsil haqqında dövlət sənədi və son 60 ay ərzində ən azı 24 ay əmək stajının olması;

2. Əmək müqaviləsinin bağlanılması. Belə ki, işğaldan azad olunmuş ərazilərdə işləyən mütəxəssislərə güzəştlər və imtiyazlar aşağıdakı şərtlərlə tətbiq edilir:

- İşə götürən işğaldan azad edilmiş ərazilərdə vergi uçotunda olmalıdır;

- İş yeri, faktiki ünvan işğaldan azad edilmiş ərazidə yerləşməlidir;

- Mütəxəssislər Azərbaycan Respublikasını işğaldan azad edilmiş ərazilərində məskunlaşmalıdırlar.

M.Quliyev qeyd etdi ki, bu şərtlər daxilində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əsas və əlavə məzuniyyət müddətindən aşlı olmayaraq, 5 təqvim günü əlavə məzuniyyət verilir. Ağır və zərərli işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərə tətbiq olunan əmsallar eynilə işğaldan azad edilmiş ərazilərdə çalışan mütəxəssislərə də şamil olunacaq. Həmin mütəxəssislərə məcəllə ilə güzəşt və imtiyazlar müəyyən olunur. Təklif olunan yeni dəyişiklikdə mütəxəssislərin 2023-cü ildən 5 il müddətində əsas və əlavə məzuniyyət müddətindən asılı olmayaraq əlavə 5 gün ödənişli məzuniyyət hüququ əldə etməsi qeyd olunur. Məcəllənin 159-cu maddəsinə (xüsusi şəraitdə tətbiq edilən əmək haqqı) 2023-cü il yanvarın 1-dən 5 il müddətində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların tətbiq edilməsi əlavə olunur.

 E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR