İnsanlara hürriyət, millətlərə istiqlal!

Elza Seyidcahanla jurnalist arasında MÜBAHİSƏ: “Camaatdan niyə pul yığırsan?” - VİDEO

"ARB" televiziyasında yayımlanan “Səni axtarıram” verilişinin ötən günkü buraxılışında gərgin anlar yaşanıb.

Musavat.com xəbər verir ki, proqramda ekspert qismində iştirak edən jurnalist Zülfiyyə Qurbanova ilə Əməkdar artist Elza Seyidcahan mübahisə ediblər.

Aparıcı Xoşqədəm Hidayətqızı Elzanın oğlunun anasına 1000 AZN göndərdiyini deyib.

Zülfiyyə isə “Oğlun deyir ki, maşını satıb, qalan pulu ödəyəcək. Maşını satıb pulu verirsə, burada oturmağına ehtiyac yoxdur, burada niyə camaatdan pul yığırsan?” sözlərini söyləyib.

Bundan sonra sonra Elza ilə jurnalist arasında mübahisə yaşanıb:

“Mən icazə vermərəm ki, oğlum nə maşınını, nə telefonunu, nə də evini satsın. Şantaja görə heç nəyimi satmaram”, - deyə Əməkdar artist qeyd edib.

Ətraflı videoda:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR