Onlayn ictimai-siyasi qəzet
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin prezidentliyə namizədliyi irəli sürülüb.
Bu barədə Musavat.com-a partiyadan məlumat verilib.
Böyük Azərbaycan Partiyası Siyasi Şurasının qərarı aşağıdakı kimidir:
1. Növbədənkənar Prezident seçkilərində BAP öz namizədi ilə iştirak etsin.
2. BAP sədri Elşad Musayevin Prezidentliyə namizədliyi irəli sürülsün.
3.BAP-ın Seçki Qərərgahı yaradılsın.
4. İlham Bəkirli BAP Seçki Qərərgahının sədri, Vüqar Qasımov və Ramiz Mahmudov sədr müavinləri təyin edilsinlər.
5. Vüqar Qasımov və Fikrət Cəfərov BAP-ın səlahiyyətli nümayəndələri təyin edilsinlər.
6. Azad Məmmədov BAP-ın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin edilsin.
Qeyd edək ki, Elşad Musayevin namizədliyi ilə Azərbaycan Prezidenti seçkisində (7 fevral 2024) iştirak edəcək iddiaçıların sayı 4 olub.
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ