İnsanlara hürriyət, millətlərə istiqlal!

Elşad Miridən şok açıqlama: Dini kəbin... - VİDEO

Bütün İslam ölkələrində olduğu kimi, Azərbaycanda da rəsmi dövlət nikahı ilə yanaşı dini kəbin anlayışı da var.
Təbii ki, ölkəmizdə nikahın rəsmi dövlət qeydiyyatına alınması tərəflərin ər-arvad olduğunu hüquqi baxımdan təsdiq edir.

Bununla bağlı Referans.az-a açıqlama verən ilahiyyatçı Elşad Miri qeyd edir ki, islamda “dini kəbin” anlayışı yoxdur.

“İslamda qeyd olunan kəbin bu günlərdə bizdə Ədliyyə Nazirliyində olan dövlət qeydiyyatında həyata keçirilən nikah şəhadətnaməsidir. Burada qadının da, kişinin də haqqı qorunur. Sabah boşanma və s hadisələr baş verərsə, o insanların aliment məsələsi də həll olunur, əmlak bölgüsü, uşaqların atada və yaxud anada qalma məsələsi də həll olunur. “Dini kəbin” anlayışında varmı bunlar? Heç biri yoxdur. Əgər nikah şəhadətnaməsi varsa, “dini kəbin”ə ehtiyac yoxdur. Yəni bu “dini kəbin” anlayışı heç Quranda da yoxdur. Orada nikah sözü keçir. Nikah sözü də bizim bu günləri bildiyimiz rəsmi şəkildə həyata keçirilən "ZAQS kağızı"-dır".

Musavat.com ilahiyyatçı Elşad Mirinin bu iddiaları ilə bağlı cavab vermək istəyən mütəxəssis və müəlliflərin yazılarını çap etməyə hazırdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR