İnsanlara hürriyət, millətlərə istiqlal!

Elnarə söz atdı: "Onlar elə sanırlar ki, yaşayırlar, əslində isə sürünürlər"

Müğənni Elnarə Xəlilova sosial şəbəkədə atmacası ilə diqqət çəkib.

Musavat.com bildirir ki, sənətçi 500 minə yaxın izləyicisi olan "İnstagram" səhifəsində ad çəkmədən qeyd edib:

"Deyirlər, bəziləri elə sanırlar ki, yaşayır. Əslində olan isə onların sürünməyidir. Mühüm olan mövcud olmaq deyil, yaşamaqdır. Mühüm olan çox yaşamaq deyil, necə yaşamaqdır.  Allahdan qorxanlar üçün haqq, ədalət - ilahi ədalət deyilən bir şey var. Bunu ağlı olan heç kəs unutmasın.

Çünki yaşadığımız həyat bir bumeranqdır və hər şey karmadır. Əslində, nə tökürsən aşına, o da çıxır qaşığına. Odur ki, gözlə məni gözəlim, yoldayam, gəlirəm. Anlamağa çətinlik çəksən, rus dilinə tərcümə elə".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR