İnsanlara hürriyət, millətlərə istiqlal!

Əlikram Bayramov Elgiz Əkbəri ifşa etdi

Müğənni Əlikram Bayramov qatıldığı teleproqramlardan birində aparıcı Elgiz Əkbər haqqında maraqlı fikirlər səsləndirib.

O, Elgiz Əkbərin onu meyxanaçılarla eyni proqrama çıxarkən əvvəlcədən öyrətdiyini, onlara qarşı kəskin sözlər deməsini tapşırdığını deyib.

“Verilişə çağırıb, proqramdan əvvəl mənə tapşırdı ki, meyxananı kəskin tənqid elə. Dedim “başına dönüm, öz sənətimdən de, ondan danışım, mənim meyxanadan başım çıxmaz. Dedi, yox e, tənqid eləməlisən. Veriliş başladı, başladım danışmağa, dedim meyxanaçılar mahnı oxumamalıdır, filan... Bir də gördüm meyxanaçı Ələkbər gəldi proqrama. Mənə qayıdasan ki, sən yaxşı oxumursan deyə meyxanaçılar mahnı oxumağa başladı. Mən Ələkbərə söz çatdıra bilərəm? Elə özümə dedim ki, haqq olur sənə Əlikram, sənin meyxana ilə nə işin var ki, söz də eşidirsən”,- o bildirib.//Lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR