Onlayn ictimai-siyasi qəzet
Müğənni Əli Mirəliyev Əməkdar artist Cavanşir Məmmədovun qəfil vəfatı ilə bağlı gözlənilməz açıqlama verib.
Musavat.com bizim.media-ya istinadla xəbər verir ki, sənətçi qonaq olduğu “Tarixin bir günü” verilişində mərhum həmkarının ölümünə bir televiziya aparıcısının səbəb olduğunu iddia edib.
“Mən elə insanam ki, nə varsa, onu da deyəcəyəm. O şəxs Cavanşirə böyük dərd verdi. Fırıldaqçı türk vardı (keçmiş kürəkəni Kemal Mustafa İbili – red.), efirlərə çıxıb yalan açıqlamalar verdi. Amma Cavanşirə ən böyük zərbəni kanalların birində çalışan bir aparıcı vurdu. Adını açıqlamayacağam. Sən öz dinini, millətini qoydun ortalığa, amma sən gerçəkləri bilmədən Cavanşiri gözdən saldın. Belə etmək olmazdı. Cavanşir hər gecə səhərə kimi söhbət edib, mənimlə dərdləşirdi. Mən onun böyük qardaşı idim. O məndən nigaran idi. Mən qaldım, o getdi... Lapdan getdi... Heç kimə əziyyət vermədi, xəstəxanaya düşmədi. Həyat yoldaşı Xalidəni də üç dəfə insult vurub. Xalidə durur, amma əri dünyasını dəyişdi”, - deyə Əli Mirəliyev vurğulayıb.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ