İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Məsimli: “Mərkəzi Bankın məqsədi pul qazanmaq yox, qiymətlərin sabitliyini təmin etmək, aşağı salmaq olmalıdır”

 

Milli Məclisdə banklarla bağlı müzakirələr zamanı çıxış edən  deputat Əli Məsimli tənqidi fikirlərini səsləndirdi.

Qeyd etdi ki, Mərkəzi Bank özünün funksiyalarını yerinə yetirməklə məşğul olmalıdır, amma biz bunu görmürük: “Qeyd olunur ki, Mərkəzi Bankın fəaliyyəti yoxlanılmalıdır. Mərkəzi Bankın fəaliyyəti niyə yoxlanılmamalıdır? Ötən ilin mart ayında Azərbaycanda 3,2 faiz inflyasiya olub. MDB üzrə inflyasiya göstəricisi 2 faiz təşkil edib. Bizdə inflyasiyanın artım tempi MDB-dən yüksəkdir. Mərkəzi Bank 8,3 faiz inflyasiya proqnozlaşdırır və bu, birrəqəmli inflyasiyadır”. Ə.Məsimli Mərkəzi Bank rəhbərliyinə xitabən bildirdi ki, aradakı fərqə aydınlıq gətirilməlidir: “Mərkəzi Bankın məqsədi pul qazanmaq yox, qiymətlərin sabitliyini təmin etmək, qiymətləri aşağı salmaq olmalıdır. Amma təəssüf ki, bunu görmürük. Digər tərəfdən başqa ölkələrdən yüksək olan infliyasiyanın səbəbi açıqlanmalıdır”.

Mərkəzi Bankın sədri Taleh Kazımov isə cavabında qeyd etdi ki, Mərkəzi Bankın kommersiya maraqları mövcud deyil. Eyni zamanda Azərbaycandakı inflyasiya dərəcələrinə görə də narahat olmamağı tövsiyə etdi.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR