İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Məsimli: “Əməkhaqqı, müavinət artacaq” xəbəri çıxan kimi qiymətlər bahalaşır”  


Deputat, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli Milli Məclisdəki büdcə müzakirələrində vacib sahələrə toxundu.

Musavat.com xəbər verir ki, deputat öncə bildirdi ki, insan kapitalının rəqabət qabiliyyətinin artırılması istiqamətində səylərimizi artırmalıyıq: “Bu nöqteyi-nəzərdən Azərbaycanda 2013-cü ildə hazırlanmış “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” yenidən işlənməlidir. Belə addım atılsa, təhsil sahəsində çalışanların maaşı orta aylıq əməkhaqqından yuxarı olacaq”.

Ə. Məsimli dedi ki, inkişaf etmiş ölkələrdə elmə ayrılan vəsait adambaşına 700 dollardan çox, Azərbaycanda isə 20 dollardan aşağıdır: “Hesab edirəm ki, bu istiqamətdə proqram hazırlanmalı, islahatlar çərçivəsində elmə ayrılan vəsait artırılmalıdır”.

Deputat qeyd etdi ki, büdcədə sosialyönümlü xərclər əhəmiyyətli dərəcədə artıb: “Çox yaxşı bilirik ki, əməkhaqqı, müavinət artacaq xəbəri çıxanın səhəri günü qiymətlər daha sürətlə artır, süni qiymət artımı görürük. Buna görə də büdcədə bu istiqamətə nəzərdə tutulan vəsaitin inflyasiyanı üstələməsi lazımdır. Xüsusilə monopoliyada olan inflyasiyanın yerinə, bu artımlar 2023-cü ilin büdcəsində ciddi artım tədbirlərinin həyata keçirilməsi vacibdir”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR