İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Kərimlinin “avtoqolu”- Ermənilər onun fikrindən belə yararlandı  

AXCP sədri Əli Kərimli dünəndən bəri Xankəndində keçirilən ala-yarımçıq mitinqi reklam edir.

34 il öncənin noyabr ayında Topxana meşəsinin ermənilər tərəfindən qırılmasına qarşı çıxan, erməni faşizmini tənqid edən, onların etdiyi qəddarlığı qabardan, Ermənilərin kommunikasiya yolu olan Laçın dəhlizinin bağlanmasını vacib sayan Əli Kərimli və onun qrupu bu gün ermənilərin əlinə oynayırlar.

Ötən gün Əli Kərimlinin Xankəndinə ordan-burdan, pul hesabına tutulub gətirilən ermənilərin keçirdiyi mitinqlə bağlı canfəşanlıqla yazdığı statusunu Vardanyana yaxın teleqram kanalları geniş yayıblar.

Onlar Əli Kərimlinin statusunu olduğu kimi verib, öz əməlləri ilə qürurlanıblar.

Məsələ dövlət, vətən olduğu zaman dünyanın istənilən yerində müxalifətçilik məsələsi yığışdırılır və hər kəs iqtidarın yanında olub, vətən, millət üçün eyni amala xidmət edir. Əli Kərimli isə hələ bunları öyrənməyib. Görünür, illərdir “Bu iqtidar Qarabağı azad edə bilməyəcək” deyərək, mitinqlərdə çıxışlar edən Kərimli, Qarabağ azad edildikdən sonra özünə yeni “dəst-xətt”, şüar tapa bilmir. Buna görə də özü bilərəkdən və ya bilməyərəkdən ermənilərin ağzı ilə danışır.

yhyhhy.png (367 KB)

Bu hadisə eyni zamanda, Azərbaycanı zəiflətmək, Azərbaycanın inkişafının qarşısını almaq istəyən qüvvələrə də bilavasitə xidmət edir.

Erməni tərəfdarları bu kimi statusları yayaraq, guya Azərbaycanın Qarabağ siyasətinin iflasa uğradığını yazırlar.

Əli Kərimlinin bu statusu oyunun şiddətli yerində öz komandasının qapısına qol vuran futbolçunun hərəkətindən daha betərdir. İndiki həssas dönəmdə Əli Kərimli nəyinki dövlətə, hakimiyyətə, xalqa da qarşı çıxır. Müxalifətçiliyin də bir həddi, ərkanı var...

Dünənki aksiyada ancaq say qabardılıb və erməninin əlinə oynayanlar deyirlər ki, guya mitinqdə 70 min adam olub. Bu rəqəmlə də ciddi şəkildə öyünüblər.

Faktyoxla Lab. bu məlumatın səhihliyini yoxlayıb.

Açıq meydanda toplaşan insan kütləsinin sayını hesablamaq üçün “Mapcheking”əlavəsinə Xankəndidəki “Dirçəliş” meydanında keçirilən aksiyanın konturları əlavə edilib. Əldə edilən foto və videolar əsasında meydanın sağ və sol kənarlarında əhali sıxlığının çox aşağı olduğunu (hər kv. metrə 0,7 nəfər), 220 metr uzunluğu, 7 metr eni olan parçanı və tribunanın qarşısındakı boşluğu nəzərə alıb, hər kv.metrə orta hesabla 2 nəfərin düşdüyünü əsas götürərək məlumatlar “mapcheking” əlavəsinə daxil edilib. Nəticə 17581 nəfər göstərib.

17 min adamı 30-40 dollar verib meydanlara tökən Vardanyanın teleqram kanalları özlərinin real vəziyyətini yaxşı anlayırlar. Elə buna görə də Əli Kərimli kimilərinin statusunu paylaşıb, havadarlarına guya Azərbaycanın bu mitinqdən narahat olduğunu göstərməyə çalışırlar.

Əslində isə həm Xankəndindəki real durum, həm də Əli Kərimlinin tutduğu yol hər kəsə bəllidir və buna nə Azərbaycan xalqı, nə də ağıllı ermənilər inanmırlar.

Musavat.com  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR