İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Əsədov qırğızıstanlı həmkarı ilə telefonla danışıb

Azərbaycanın Baş naziri Əli Əsədov qırğızıstanlı həmkarı Akılbek Japarola telefonla danışıb.

Bu barədə Musavat.com-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, o, Əli Əsədovu Azərbaycanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Telefon danışığı zamanı Azərbaycan ilə Qırğızıstan arasında strateji tərəfdaşlığın hərtərəfli inkişafından məmnunluq ifadə olunub.

Tərəflər, həmçinin Azərbaycan-Qırğızıstan qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR