İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Əsədov: "Azərbaycan bu çətin məqamda Türkiyənin yanındadır"

"Azərbaycan hər zaman olduğu kimi, bu çətin məqamda da Türkiyənin yanındadır".

Musavat.com xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 23-də Türkiyənin vitse-prezidenti Fuat Oktayla telefon danışığı zamanı bildirib.

Telefon danışığı əsnasında Türkiyənin Düzce vilayətində baş vermiş zəlzələ ilə bağlı narahatlıq ifadə olunub, yaralananların tezliklə sağalması, zəlzələnin nəticələrinin və dəymiş ziyanın aradan qaldırılması arzulanıb.

Türkiyənin vitse-prezidenti göstərilən diqqətə görə minnətdarlığını bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR