Onlayn ictimai-siyasi qəzet
"Azərbaycan dini əqidə və baxışlarına görə dini transformasiya dövrünü yaşayır. Sovet dövrünə qədər Azərbaycan cəmiyyəti dini məsələlərə daha həssas yaşayan bir cəmiyyət olub. Sovetin süqutundan sonra ateist təbliğatı süquta uğradı. Yenidən ölkəmizdə dini münasibətlərdə dəyişiklik baş verdi. Hazırda Azərbaycan bütün dünyaya dini tolerantlığı və multikulturalizmi ilə örnək göstərilir".
Musavat.com xəbər verir ki, bunu bu gün “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusuna həsr edilmiş konfransda Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib.
O əlavə edib ki, ölkəmiz tolerantlığın mərkəzidir və din qüdrətli amildir:
“Bu qüdrətdən düzgün istifadə edilməlidir. Bu mənada dini maarifləndirmənin əhəmiyyəti şübhə doğurmur".
Qeyd edək ki, Qeyd edək ki, dekabrın 23-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir.
Forumda dövlət qurumlarının rəsmi şəxsləri, ilahiyyatçı alim və mütəxəssislər, eləcə də respublikamızın müxtəlif regionlarından gələn fərqli konfessiyalara mənsub 100-dən çox din xadimi iştirak edir.
Forumun bağlanış mərasimində panellərin moderatorlarının çıxışlarından sonra Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət qəbul ediləcək.
Afaq Mirayiq,
Musavat.com
23 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ