İnsanlara hürriyət, millətlərə istiqlal!

Elgizdən Vəfaya: “Şəbnəmin keçmiş həyat yoldaşı səninlə evlənib?”

Aparıcı Elgiz Əkbər aralarında tez-tez qalmaqal yaşandığı müğənnilər Vəfa Şərifova ilə Şəbnəm Tovuzludan söz açıb.

Elgiz aparıcısı olduğu “Elgizlə izlə” verilişinə qonaq etdiyi Vəfaya “Həmkarın Şəbnəmlə barışdınız?” sualı ilə müraciət edib.

Şərifova: “Bizim davalıq məsələmiz yoxdur” - deyə qısa cavab verib. Bundan sonra E.Əkbər “Aranızdakı problem nə idi? Şəbnəmin keçmiş həyat yoldaşı səninlə evlənib?” sualını Şərifovaya ünvanlayıb.

Bu sualdan məəttəl qalan Vəfa “Elgiz bəy, mən bu haqda danışmaq istəmirəm. Şəbnəmin övladları var və böyükdürlər. Mənim də övladlarım var. Bu mövzu haqda danışmayaq” deyərək, mövzudan yayınıb./Publika.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR