İnsanlara hürriyət, millətlərə istiqlal!

Ələt-Astara magistralı bağlandı

Cəlilabad rayonundan keçən köhnə Ələt-Astara magistral yolunda hərəkət bərpa olunub.

APA-nın cənub bürosunun məlumatına görə, bu barədə DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev məlumat verib.

Bildirilib ki, yolun həmin hissəsində hərəkətin təhlükəsizliyi polis əməkdaşları və aidiyyəti qurumlar tərəfindən təmin olunub və hər iki istiqamətdə nəqliyyatın hərəkəti bərpa olunub.

Qeyd edək ki, Cəlilabadda əsən güclü külək nəticəsində ağaclar aşaraq magistrala düşmüşdü.

Bu səbəbdən hər iki istiqamətdə yol bağlı idi.

***

Cəlilabadda güclü külək bir neçə ağacı aşırıb.

APA-nın cənub bürosu xəbər verir ki, təbiət hadisəsi bir sıra fəsadlar törədib.

Güclü külək nəticəsində ağaclar köhnə Ələt-Astara magistralına aşıb və yol bağlanıb. Hazırda hər iki istiqamətdə yol bağlanıb.

Fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR