Onlayn ictimai-siyasi qəzet
Tanınmış media eksperti, Toplum Tv-nin təsisçisi Ələsgər Məmmədli bu gün səhər saatlarında mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Onun qohumu Gülzar Məmmədli bildirib ki, bu, saat 11.00 radələrində Məmmədli müayinə olunduğu "İstanbul" klinikasından çıxarkən saxlanılıb.
Məmmədli maşınına yaxınlaşanda mülki geyimli şəxslər tərəfindən tutularaq başqa maşına mindirilib və naməlum istiqamətə aparılıb.
Bu gün Xətai polisinin binası qarşısında III Platformanın üzvü Ruslan İzzətli də saxlanılıb. Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl bildirib ki, onu qara rəngli avtomobilə mindirərək naməlum istiqamətə aparıblar.
Qeyd edək ki, İzzətli martın 6-da saxlanılsa da, gecə yarısı sərbəst buraxılmışdı.(turan.az)
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ