İnsanlara hürriyət, millətlərə istiqlal!

Elektromobil sürücülərinin DİQQƏTİNƏ

Hazırda bütün dünyada elektrik avtomobillərə keçid prosesi sürətlə gedir. Bu məqamda elektromobillərin müsbət tərəfləri ilə bərabər, mənfi xüsusiyyətlərinin olduğu haqqında da fikirlər ortaya atılır. Belə iddialardan biri də sosial şəbəkələrin gündəminə çevrilib. Bildirilib ki, qış fəslində havaların soyuq olması ilə bağlı avtomobildə isidici sistemlərdən intensiv istifadə edilir. Elektromobillərdə isidici sistemlərin (kodisioner və s.) istifadəsi isə həm mühərrikin gücünü, həm də elektromobillərin enerji tutumunu zəiflədir.

Maraqlıdır, həqiqətən, elektromobillərin bu cür mənfi xüsusiyyəti varmı?

Musavat.com xəbər verir ki, bununla bağlı Oxu.Az-a danışan ekspert Yasin Mustafayev özünün də elektromobil istifadəçisi olduğunu vurğulayıb.

Ekspert qeyd edib ki, elektromobillər haqqında çoxlu miflər var:

“Elektrik mühərrikli maşınlarla əlaqədar düzgün olmayan məlumatlar çox eşidirəm. Mən özüm də bu avtomobillərdən istifadə edirəm, amma kondisioner və qızdırıcı ilə əlaqədar xoşagəlməz hallarla qarşılaşmamışam. Elektriklə işləyən avtomobillərdə isitmə elektrik vasitəsilə təmin edilir. Digər avtomobillərdə isə salonun istiliyi mühərrikin istiliyindən təmin olunur. Elektromobildə adi elektriklə işləyən isidicidir. Bu sistem normal işləyir və mühərriklə də heç bir əlaqəsi yoxdur. Yəni, avtomobilin batareyasındakı enerji həm hərəkətə gətirir, həm də digər funksiyaların işləməsinə kömək edir. Beləliklə, isitmə mühərrikin gücünü heç bir halda zəiflətmir.

Həm ekspert kimi, həm də iki ilə yaxındır elektromobil istifadəçisi kimi bunu hamıya tövsiyə edirəm. Elektrikli avtomobillər həm komfortludur, həm də qənaətcildir. Digər avtomobillərlə müqayisədə 80-90 faiz qənaət deməkdir. Daxili yanma mühərrikləri olmadığından avtomobilin xarab olma ehtimalı da çox azdır. Elektromobil batareya, elektrik mühərriki və “beyindən” ibarətdir, əlavə xərc yaradan detallar yoxdur. Elektromobillərin guya mənfi cəhətləri haqqında süni ajiotaj yaratmaqla, bundan istifadəni azaltmağa çalışırlar. Bu, çox güman ki, digər yanacaq növlərinin aktual qalmasına nail olmaq üçün bu yollara əl atırlar”.  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR