İnsanlara hürriyət, millətlərə istiqlal!

Əlcəzairdən Fransaya ÇAĞIRIŞ: “Törətdiyin zülm və fəlakətlərin izlərini təmizlə”

"Fransa Əlcəzairdə törətdiyi zülm və fəlakətlərin izlərini təmizləməlidir".

Bu fikirləri "Report"un Fransa bürosuna açıqlamasında Əlcəzair Milli Azadlıq Cəbhəsi Partiyasının (FLN) rəhbəri Amşavı El Malek bildirib.

Partiya rəhbəri qeyd edib ki, Fransa Əlcəzairdən qızıl və brilyant oğurlayıb, amma xalq bu pulları geri istəmir, əlcəzairlilər Fransanın onlardan taladığını rəsmi şəkildə təsdiqləməsini tələb edirlər:

"Bizə pul lazım deyil. Fransa Əlcəzairdən qızıl və brilyant oğurlayıb, amma biz bunları geri istəmirik. Fransa vaxtilə Əlcəzairi soyub, talan edib. Bundan əlavə, Fransa Əlcəzairdə 145 nüvə sınağı keçirib və bu sınaqlar nəticəsində minlərlə soydaşımız həyatını itirib. Bu nüvə sınaqlarının qalıqları və vurduğu ziyanlar hələ də qalır. Biz tələb edirik ki, Fransa Əlcəzairdə törətdiyi zülm və fəlakətlərin izlərini gəlib təmizləsin. Biz əlcəzairlilər Fransanın Əlcəzairdən talan edib apardıqlarını tanımasını tələb edirik", - o vurğulayıb.

A.E.Malek əlavə edib ki, Fransa "insan hüquqlarının beşiyi" ölkəsi adına layiq deyil:

"Fransa Əlcəzairin şəhid oğullarının kəllələrini muzeydə nümayiş etdirir. Özünü "insan hüquqlarının beşiyi" adlandıran bir ölkə üçün bu, utancverici bir hərəkətdir".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR