Onlayn ictimai-siyasi qəzet
Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraanın ailəsi ilə birlikdə paytaxt Dəməşqi tərk etdiyi iddia olunur.
Publika.az xəbər verir ki, bu barədə “Al Mayadeen” öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Suriya prezidenti İsrailin hücumu ilə bağlı paytaxtdan qaçıb. Lakin onun hara getdiyi barədə dəqiq informasiya verilmyib.
Nəşr onu da iddia edib ki, Suriyanın müdafiə naziri Murhaf Əbu Kasra da daxil olmaqla üç yüksək rütbəli şəxs hücumlar zamanı öldürülüb.
Nəşr daha sonra həmin xəbəri silib.
Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız hərbi ekspert Telman Qasımovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
19 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ