İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekvadordan Ermənistana 1 ton kokain keçirildi

Ermənistanda fəaliyyət göstərən və meyvə idxalı ilə məşğul olan şirkət ölkəyə 1 tona yaxın (təxminən 250 milyon avro dəyərində) kokain gətirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, narkotiklər meyvələrlə birlikdə tranzit ölkələrin - Panama, İtaliya və Gürcüstan ərazisindən keçməklə Ermənistana daxil olub.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, kokain Baş İstintaq İdarəsi tərəfindən 2023-cü il mayın 13-də başlanmış 58221423 saylı cinayət işi üzrə ibtidai istintaq zamanı aparılan prosessual hərəkətlər çərçivəsində aşkar edilib.

Qeyd edək ki, bundan öncə İtaliyanın maliyyə qvardiyasının Ekvadordan Ermənistana gedən 2734 kiloqramlıq kokain partiyasını saxlaması xəbəri yayılmışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR