Onlayn ictimai-siyasi qəzet
Türkiyədə Xalqların Demokratik Partiyası (HDP) İstanbul Böyükşəhər Bələdiyyə Başçılığına Səlahəddin Dəmirtaşın həyat yoldaşı Başak Dəmirtaşın namizədliyini irəli sürməyi planlaşdırır.
Musavat.com haberler.com-a istinadən xəbər verir ki, dünən kameralar qarşısına keçən HDP sözçüsü Ayşegül Doğan 81 vilayətin hamısında öz namizədləri ilə seçki yarışına girəcəklərini açıqlayıb.
Bu açıqlamadan sonra HDP-nin İstanbul Böyükşəhər Bələdiyyəsinə Səlahəddin Dəmirtaşın həyat yoldaşı Başak Dəmirtaşı namizəd göstərəcəyi ilə bağlı iddialar səslənməyə başlayıb. Uzun müddətdir partiya daxilində səslənən iddialarla bağlı Başak Dəmirtaş tərəfindən hələ də təkzib gəlməyib.
Qeyd edək ki, Səlahəddin Dəmirtaşın 18 illik həyat yoldaşı olan Başak Demirtaş 1977-ci ildə Diyarbəkirdə doğulub və hazırda 46 yaşındadır.
Onların biri 7, digəri 11 yaşlı Dilda və Dilal adlı iki qızı var.
Xatırladaq ki, Türkiyədə bələdiyyə seçkiləri 2024-cü il mart ayının 31-də baş tutacaq.
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ