İnsanlara hürriyət, millətlərə istiqlal!

Əkrəm İmamoğlu prezident seçkilərində namizəd olmayacaq

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu mayın 14 keçirilməsi gözlənilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə dair şayiələrə münasibət bildirib.

APA-nın İstanbul müxbiri xəbər verir ki, Əkrəm İmamoğlu Halk TV-də çıxışı zamanı deyib ki, onun namizədliyi məsələsi gündəmdə yoxdur.

“Əkrəm İmamoğlunun namizədliyi deyə bir şey yoxdur. Bütün CHP-lilərin namizədi başqandır. Mənim namizədim də başqandır”, - İmamoğlu məsələni şərh edərkən deyib.

Qeyd edək ki, CHP-nin də daxil olduğu “Altılı masa” adlı müxalif koalisiya martın 2-si vahid namizədinin adını açıqlaya bilmədi, yekun qərarın martın 6-da veriləcəyi gözlənilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR