İnsanlara hürriyət, millətlərə istiqlal!

Əkrəm İmamoğlu işinə görə Türkiyədə universitetlərə qarşı istintaqa başlanıla bilər

İstanbul şəhərini meri Əkrəm İmamoğlunun həbsi ilə bağlı istintaq artıq başqa sahələrə yayılır.

Musavat.com Sabah qəzetinə qəzetinə istinaədn xəbər verir ki, prokurorluq ali məktəblərdəki köçürmə və diplom məsələlərini araşdırmaq niyyətindədir.
İstanbul, universitetinin hazırladığı hesabata görə, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə birlikdə diplomları ləğv edilən 27 nəfərdən bəzilərinin səbəbləri məlum olub. Bu şəxslərin diplomlarının ləğv edilməsinə səbəb kimi köçürmə şərtləri arasında olan orta balın “2.40”dan yuxarı olmaması, transkriptin (aldıqları imtahan qiymətlərinin-red.) “FF” (qeyri-kafi-red.) qiymətinə sahib olması, tələbələrin oxuduqları universitetin İstanbul Universitetinin reyestr qeydlərində olmaması göstərilib.

İmamoğlunun İstanbul Universitetinə kvota xaricində qeydiyyatdan keçdiyi və Girne Amerika Universitetində təhsil aldığı halda Doğu Akdeniz Universitetindən İstanbul Universitetinə keçdiyi müəyyən edilib.

Diplomu ləğv edilənlər arasında Qalatasaray Universiteti Biznesin İdarəedilməsi kafedrasının müəllimi Prof. Dr. Naciye Aylin Ataay Saybaşılı da var. Saybaşılının köçürmə dövründə atasının İstanbul Universiteti İşlətmə (Mencecment-red.) fakültəsində müəllim işlədiyi və ümumi köçürmə tələblərinə cavab vermədiyi məlum olub.

Diplomu ləğv edilənlər arasında olan Mustafa Arıtürkün köçürmə müddəti xaricində müraciət etdiyi, İngiltərədə bir universitetdə bir semestr təhsil aldığı və bu vəziyyətin üfüqi köçürmə qaydalarına zidd olduğu bildirilib.

Doğu Akdeniz Universitetindən İstanbul Universitetinə köçürülən və buna görə diplomu ləğv edilən Melihşah Özcanın "1.78", İsveçrənin Amerikan Kollecindən Sevgi Toprakın isə "1.89" bal topladığı müəyyən edilib. Toprakın transkriptində 1 “FF” qiyməti (qeyri-kafi) olduğu da müəyyən edilib.

Diplomu ləğv edilən Orhan Kurayın da Əkrəm İmamoğlu kimi Girne Amerika Universitetində oxuduğu halda, İstanbul Universitetinin reyestrində Doğu Akdeniz Universiteti adı ilə qeydiyyatdan keçdiyi müəyyən olunub.

Kurayın orta balının “2.00”, transkriptində isə 1 “FF” (qeyri-kafi) olduğu və bu səbəblərdən diplomunun ləğv edildiyi öyrənilib.

Ahmet Selim Günerin diplomunu ləğv etməsinin səbəbləri arasında orta balının “0,90”, transkriptindən 4 “FF” (Qeyri-kafi) qiymət alması və Girne Amerika Universitetində oxuduğu halda Doğu Akdeniz Universiteti adı ilə İstanbul Universitetinin reyestrində qeydiyyatdan keçməsi göstərilib.

Banu Yalının diplomu “1.75” orta balla, Sinan Esat Erdilin isə diplomu “1.86” aldığı və yalnız 1 semestr oxuduğu üçün üfüqi keçid tələblərinə cavab vermədiyi müəyyən olunub.
Cenk Karayelin diplomu “1.87” orta bal və 1 “FF” (qeyri-kafi) qiymətinə görə ləğv edilib.
Diplomu ləğv edilənlər arasında da yer alan Ergün Bargünün orta balının "1.77" və 2 "FF" (qeyri-kafi) olduğu müəyyən edilib.

Digər tərəfdən, 1987-1993-cü illər arasında İstanbul Universitetinin İşletme Fakültəsindəki bütün üfüqi köçürmə əməliyyatlarının ətraflı şəkildə araşdırılacağı qeyd olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Mart 2025

20 Mart 2025

BÜTÜN XƏBƏRLƏR