İnsanlara hürriyət, millətlərə istiqlal!

Əkrəm Əylisli baş prokurora müraciət etdi: “8 ildir ki...”

Yazıçı Əkrəm Əylisli baş prokuror Kəmran Əliyevə müraciət edib.

Ə.Əylisli Yenisabah.az.a bildiirb ki, bir ay əvvəl göndərdiyim məktuba bu günəcən cavab verilməyib.

Məktubun mətnini təqdim edirik:

“Hörmətli cənab Baş Prokuror!

Hava Nəqliyyatında Polis İdarəsi tərəfindən mənə qarşı qaldırılan cinayət işinin (Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi, N 161230008) Bakı şəhər prokurorluğuna göndərilməsindən artıq 8 ildən çox keçib. Əgər ortada həqiqətən cinayət işi varsa, istintaqın bu qədər uzadılmasına səbəb nədir?

Mən 87 yaşın içindəyəm, cənab Baş Prokuror! Tanınmış ziyalıyam. Azərbaycanın Əməkdar İncəsənət Xadimi, ölkənin yüksək “İstiqlal” ordeninin kavaleri, Azərbaycan oxucusunun sevgi və rəğbətlə qarşıladığı onlarla kitabın müəllifiyəm. Dünyanın 30-dan çox ölkəsində kitablarım nəşr edilib.

Bütün bunlara baxmayaraq, artıq 8 ildən çoxdur ki, sevdiyim vətənimdə sənədsiz və hüquqsuz yaşamağa məhkum edilmişəm. Şəxsiyyət vəsiqəmin Prokurorluq tərəfindən müsadirə edilməsi bir çox məişət məsələlərində mənim üçün ciddi problemlər yaradır.

Şəxsimə göstərilən belə bir münasibətin təkçə qeyri-qanuni deyil, həm də qeyri-insani və qeyri-əxlaqi olduğunu nəzərinizə çatdırmaqla, 8 ildən çox davam edən bu heyrətamiz istintaq süründürməçiliyinə nəhayət son qoymaq üçün tərəfinizdən təsirli tədbir görüləcəyinə inanmaq istəyirəm.

Hörmətlə: Əkrəm Əylisli”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR