Onlayn ictimai-siyasi qəzet
Qırğızıstanın İssık-Ata bölgəsindəki Novoye gölündə 30 tondan çox balıq tələf olub.
Musavat.com ArbatMedia saytına istinadla xəbər verir ki, sosial şəbəkələrdə sahil yaxınlığında ölü balıqların görüntüləri yayılıb.
Qeyd olunur ki, zərərçəkmiş fermerlər suyun çirklənməsindən ehtiyat edərək balıqları iri çuxurlarda basdırmağa məcbur olurlar. Gölün suyu əkin sahələrinin və mal-qaranın suvarılmasında da istifadə olunur və ölü balıqların suda qalması torpağın çirklənməsinə və insan sağlamlığına təhlükə yarada bilər.
İnstaqramdakı videolardan birinin müəllifi vəziyyəti ekoloji fəlakət və “SOS siqnalı” adlandıraraq, fermerlərə dəyən maddi ziyanın problemin yalnız bir hissəsi olduğunu vurğulayıb.
“Bu sudan suvarma üçün istifadə olunur. Burada on tondan çox balıq ölsə, tarlalara nə olacaq!” - müəllif qeyd edib.
Yerli hakimiyyət orqanları ekoloji xidmətlərlə birlikdə balıqların kütləvi ölümünün səbəblərini araşdırmaya başlayıb.
İlkin versiya gölün suyunun balıqlar üçün əlverişli olmayan dərəcədə qızmasıdır. Balıqların kütləvi tələf olması halı ötən il isti ölkələrin dəniz sahillərində də qeydə alınıb.
Musavat.com
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ