İnsanlara hürriyət, millətlərə istiqlal!

Ehtiyatlı olun: Yeni il süfrəsində təhlükə saçan qidalar - SİYAHI

Yeni il süfrəsində ən təhlükəli qidalar mayonezli salatlar və qaymaqlı tortlardır.

Bu barədə immunoloq və teleaparıcı Andrey Prodeus danışıb.

Mütəxəssis insan sağlamlığına təhlükə yaradan məhsulların siyahısını sadalayıb.

"Yeni il ərəfəsində süfrədə ən təhlükəli şey təbii ki, spirtli içkilərdir. Aydındır ki, bioloji pozulma nöqteyi-nəzərindən bədənimizi korlayır", - deyə Andrey Prodeus vurğulayıb.

“Ən təhlükəli məhsullar mayonez və xama ilə ədviyyatlı salatlar, əsası qaymaqlı olan xəmir və tortlardır. Bu, tez xarab olan bir şeydir. Bunlar təhlükə baxımından birinci yerə qoyacağım məhsullardır”, - Prodeus deyib.

Həkimin sözlərinə görə, ikinci yeri, uzun müddət Yeni il süfrəsində qalan ət, toyuq, balıq və kürü bölüşür. O, izah edib ki, bu növ məhsullar mikroorqanizmlərin inkişafı üçün "əla mühit" yaradır.

“Üçüncü, souslarla ədviyyatsız salatlar, yəni sadəcə göyərti və tərəvəzlərdir. Onları yusan da yenə də təhlükəli ola bilər. Çünki onlar bir neçə gün masa üstündə qalır və təəssüf ki, biz hər dəfə onları istehlak edərkən yumağa ərinirik və yaxud "onsuz da yuyulub" deyirik. Buna görə də, onlar da bakteriya inkişafı üçün substrat ola bilərlər”, - deyə Prodeus yekunlaşdırıb. (Publika.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR