Onlayn ictimai-siyasi qəzet
Ölkənin aparıcı şirkətlərindən biri olan "Huner Group" MMC-nin təsisçisi və qanuni təmsilçisi Ehtiram Quliyevin rəhbərlik etdiyi yeni şirkət dövlət qeydiyyatına alınıb.
Dövlət qeydiyyatına alınan şirkət "Turan FK" MMC adlanır.
Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Yasamal rayonu, Azərbaycan ev 54, m. 2-də yerləşir.
Məlumat üçün bildirək ki, Ehtiram Quliyev hazırda "Turan Tovuz" futbol klubunun İdarə heyətinin sədridir. Bu klubun rəsmi adı "Turan Tovuz” Peşəkar Futbol Klubu İctimai Birliyidir. (Yeniavaz.com)
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ