İnsanlara hürriyət, millətlərə istiqlal!

Ehtiram Quliyev AFFA prezidentliyinə namizədliyini verəcək? - Özü AÇIQLADI

Misli Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilən "Turan Tovuz" - "Zirə" oyunundan sonra Tovuz təmsilçisinin İdarə Heyətinin sədri Ehtiram Quliyev jurnalistlərin suallarını cavablandırıb.

Musavat.com xəbər verir ki, o, Fanat.Az-ın əməkdaşının da qatıldığı brifinqdə bir sıra məqamlara toxunub.

Quliyev AFFA prezidentliyinə namizədliyini verəcəyi ilə bağlı yayılan informasiyaları yalanlayıb: "Mətbuatda yazıldığından xəbərim var. Bu məlumatı gülərək qarşıladım. Əsla! Bizim namizədliyimiz söhbət mövzusu ola bilməz. Hər şeydən öncə vaxtımız məhduddur. Bu, çox məsuliyyətli işdir. Belə məsuliyyətli işin altına girməyə hazır deyilik. "Turan Tovuz"u sevirik. Bu sevgini heç bir şeyə dəyişmərik. Hazırkı AFFA prezidenti Rövnəq Abdullayev namizədliyini versə, onu dəstəkləyəcəyik" .

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR