İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhməd Obalı: “Səfirliyə hücum gərginliyi daha da artıracaq”

“İlk dəfə deyil ki, Azərbaycanın İrandakı səfirliyi hədəf seçilir. Bu hadisədə ilk növbədə İran dövləti cavabdeh olmalıdır. Çünki səfirlik hansı ölkədə yerləşirsə, onun qorunması ilə bağlı birinci məsuliyyət həmin ölkənin boynuna düşür”.

Bu sözləri “Günaz TV”-nin rəhbəri Əhməd Obalı bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə hücum edilməsi hadisəsinə münasibət bildirərkən deyib. Əhməd Obalı bu terrorda erməni “əli”nin olması ehtimalından da danışıb:

“Hazırda bu hadisədə Hizbullah təşkilatının və yaxud erməni “əli”nin olması haqda dəqiq söz demək mümkün deyil.

Yəqin ki, Azərbaycan dövləti İran dövlətindən tələb edəcək ki, hadisə törədənlər saxlanılıbsa, Azərbaycana təhvil verilsin. Xatırlayırsınızsa, bir müddət əvvəl İran səfirliyinin əli ilə Azərbaycanın Londondakı səfirliyinə hücum olunmuşdu. İndi də İranın özündə bu cür terror törədildi”.

“Bu hadisə İranla Azərbaycan arasındakı münasibəti daha da gərginləşdirə bilərmi?” sualına Əhməd Obalı bu cür cavab verib: “Əlbəttə ki, təsir edəcək. Çünki İran dövləti rəhbərlik səviyyəsindən başlayaraq hər zaman Azərbaycan Prezidentini, məmurlarını, dövlətini dolayısı yolla müxtəlif ittihamlar irli sürüb, terrorla təhdid edib. Buna görə də bu hadisədə ilk ittiham olunan İran dövləti və onun rəhbərliyi olmalıdır. Bu baxımdan deyə bilərik ki, bu hadisə İran-Azərbaycan arasındakı münasibəti daha da gərginləşdirəcək”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR