Onlayn ictimai-siyasi qəzet
Fevral ayında Yer kürəsində bir sıra maqnit qasırğaları gözlənilir ki, bu da meteohəssas insanlara təsir göstərə bilər.
Musavat.com xəbər verir ki bu barədə məlumatı ABŞ Milli okeanoqrafiya və atmosfer agentliyi (NOAA) yayıb.
NOAA-ya görə, fevralın 1, 2, 17 və 20-də mülayim, 4, 5, 18, 19 və 24-də isə güclü maqnit qasırğaları baş verəcək.
Xüsusilə fevralın 4-ü axşam saatlarında pik aktivlik gözlənilir. Bu dövrdə baş ağrıları, qan təzyiqi problemləri və yorğunluq halları arta bilər. Meteohəssas insanlar və xroniki xəstəlikləri olanlar ehtiyatlı olmalıdır.
Musavat.com
02 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ