Onlayn ictimai-siyasi qəzet
Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Musavat.com xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə təmir işləri ilə əlaqədar noyabrın 22-də elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 10:30-dan saat 12:30-dək rayonun Bakıxanov qəsəbəsində, İvan Anaşkin, İnqilab, Elşən Mehdiyev küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ