Onlayn ictimai-siyasi qəzet
“Hansısa bir heyvan hücumuna məruz qalma halları qeyd edilərsə, bu zaman quduzluq virusuna yoluxma şübhəsi olduğundan dərhal yaxınlıqda yerləşən tibb müəssisəsinə müraciət edilməli, quduzluq əleyhinə antirabik vaksini vurulmalıdır”.
Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalar şöbəsinin müdiri vəzifəsini icra edən Aytəkin Qurbanova açıqlayıb.
Onun sözlərinə görə, heyvanlar arasında quduzluq xəstəliyinin profilaktikası baytarlıq idarəsinin həkimləri tərəfindən sahibsiz itlərə peyvənd vurulması ilə aparılır:
“Bundan başqa, ev şəraitində heyvan saxlayan vətəndaşlar mütləq şəkildə öz heyvanlarını müntəzəm olaraq baytar müayinəsindən keçirtməli, peyvəndlərini vurdurmalıdırlar.
İnsanların isə bu xəstəliyə yoluxmaması üçün çöl heyvanları ilə təmasdan uzaq durması vacibdir. Küçədə sahibsiz heyvanlarla təmasa yol verilməməlidir. Valideynlər heyvanlar olduğu məkanlarda balaca uşaqları nəzarətsiz qoymamalıdır”.
A.Qurbanova sonda bildirib ki, sahibli heyvanlar sahibləri tərəfindən yalnız ağızlıqlarla küçədə gəzdirilməlidir.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ