İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhaliyə BƏD XƏBƏR – Taksi qiymətləri 2.5 dəfə bahalaşdı

Taksi fəaliyyəti ilə bağlı iyulun 1-dən etibarən yeni qaydaların tətbiqindən sonra bir sıra şirkətlər xidmət müqabilində qiymətləri olduqca qaldırıb. Belə ki, əvvəlki qiymətlərə nisbətdə olduqca yüksək, hətta bəzi hallarda 2 dəfədən çox bahalaşma qeydə alınıb. 

Taksi xidmətdindən istifadə edən müştərilər isə sözügedən qiymət artımına ciddi narazılıq bildiriblər. Sosial şəbəkələrdə bəzi istifadəçilər taksi şirkətlərinin hazırki situasiyadan sui-istifadə etdiyini və qiymətləri süni şəkildə qaldırdığını dilə gətirib. 

Bu sahədə xidmət göstərən bir sıra tanınmış şirkətlərlə taksi sifarişi ilə bağlı əlaqə saxladıqda, həqiqətən də qiymət artımının fantastik dərəcədə olduğunu müşahidə etmək olur. Məsələn, əvvəllər 20 manata təqdim olunan gediş qiyməti, hazırda 30-32 manata qalxıb. Bəs görəsən, bu qiymət artımının başlıca səbəbləri nədir? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, hazırda bu sahədə qiymət tənzimlənməsinə ciddi ehtiyac var:

“Taksi fəaliyyəti ilə bağlı qiymətlərin tənzimlənməsinə mütləq şəkildə ehtiyac var. Çünki qiymətlərin aşağı həddi müəyyənləşdirilsə də, yuxarı həddinə hər hansı bir məhdudiyyət tətbiq edilmir. Şirkətlər də bundan istifadə edərək, müxtəlif bəhanələr gətirməklə, qiymətləri artırırlar”. 

Ekspertin fikrincə, aidiyyəti dövlət qurumlarının bu mövzuda müdaxilə etməsi mütləqdir:

“Başa düşdük, müəyyən məqamlara görə qiymətləri müəyyən qədər qaldırmaq olar. Çünki əvvəlki köhnə avtomobillərlə xidmət apara bilmirlər. Qismən yeni avtomobillər almalıdırlar. Amma bu ona dəlalət etmir ki, qiymətləri fantastik səviyyəyə gətirib çıxarsınlar. Ona görə hesab edirəm ki, aidiyyəti qurumlar bu qiymət mövzusunda mütləq müdaxilə etməlidir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR