Onlayn ictimai-siyasi qəzet
Son zamanlar şirkətlərin şəxsi telefon nömrələrini necə əldə etməsi məsələsi diqqət mərkəzindədir. İnsanlar öz əlaqə məlumatlarını müxtəlif yollarla təqdim edir və bununla da şirkətlər nömrələrə asanlıqla çatır. Amma şirkətlərdən gələn zəng və mesajlar insanları narahat edir.
Bəs şirkətlər şəxsi nömrələri necə əldə edir?
Məsələ ilə bağlı Milli.Az-a İT mütəxəssisi Elvin Abbasov bildirib ki, Azərbaycanda vətəndaşlara aid adresslər, nömrələr və digər fərdi məlumatlar bir neçə ildir ki, adət halını alıb. Qurumlar bu məsələdə fəal olmalıdırlar, çünki həmin bazalarda olan məlumatlar şirkətlərin əlinə keçdiyi kimi dələduzların da əlinə keçə bilər.
Bu hallar qanunvericilikdə necə tənzimlənir?
Mövzu ilə bağlı hüquqşünas Mədinə Leqayeva bildirib ki, bununla bağlı qanunda nəsə yoxdur hələ ki.
"Ona görə də bu aqressiv hərəkətlər hesab edə bilmərik. Bu hal verdikdə vətəndaş həmin nömrəni blok edə bilər. Əgər nəyəsə məcbur edilmə, təhqir mesajları olarsa, polisə müraciət edə bilərlər".
19 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ