İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfqanıstan ÖLÜMLƏ üz-üzə 

Birləşmiş Millətlər Təşkilatı (BMT) Əfqanıstanda narkotik istehsalçılarının artdığını bildirib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) dərc etdiyi hesabatda deyilir.

Qeyd olunub ki, Əfqanıstanda və qonşu ölkələrdə metamfetamin qaçaqmalçılığı 5 il ərzində demək olar ki, 12 dəfə artaraq 2017-ci ildəki 2,5 tondan 2021-ci ildə 29,7 tona yüksəlib.

Məlumata görə, 2022-ci ilin aprelində "Taliban"ın qadağasından sonra da heroin alveri davam edib.

"Əfqanıstanda və regionda metamfetamin ticarətinin kəskin artması təcili diqqət tələb edir. Bunu dayandırmaq üçün regional koordinasiya lazımdır", - deyə UNODC-nin icraçı direktoru Qada Fəthi Vali bildirib.

Qeyd edək ki, Əfqanıstan mənşəli metamfetaminin müsadirə edilməsi halları Avropa İttifaqı, Yaxın və Orta Şərq, Cənub-Şərqi Asiya və Şərqi Afrika ölkələrində də qeydə alınır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR