İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfqan qadın Taliban əleyhinə aksiyada iştiraka görə zorlandı - DƏHŞƏT

Əfqanıstanda Taliban rejiminə qarşı açıq çıxış edən qadın fəal həbs edilib və yerli həbsxanada qrup şəklində cinsi zorakılığa məruz qalıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə zərərçəkmişlə danışan “The Guardian” qəzeti məlumat yayıb.

Həbsdən sonra qadın (adı açıqlanmır) Əfqanıstanı tərk edib və mühacirətdə Taliban əleyhinə çıxış etməyə davam edib. Daha sonra ona İslam Əmirliyi (Əfqanıstan) haqqında pis danışmağı dayandırmasa, zorlama videosu yayımlayacağı ilə hədələnib.

Qeyd edək ki, bu ilin iyun ayında BMT-nin Əfqanıstan üzrə xüsusi məruzəçisi Talibana etiraz edən qadınların həbsdə tez-tez cinsi zorakılıqla üzləşdiyini bəyan etmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR