Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan Hava Yolları” QSC-də yeni təyinat olub.
Banker.az-ın məlumatına görə, Əfqan Baxışov “Azərbaycan Hava Yolları” QSC-nin Prezidentinin Müşaviri təyin edilib.
Əfqan Baxışov buna qədər “Azərbaycan Hava Yolları”nda hüquq direktoru idi.
Qeyd edək ki, Ə.Baxışov “Unibank”ın baş hüquq və komplayens inzibatçısı, “Accessbank”da isə icraçı direktor kimi vəzifələrdə çalışıb.
Əfqan Baxışov Bakı Dövlət Universitetində hüquq üzrə bakalavr, Mançester Universitetində hüquq üzrə magistr dərəcəsi və Azərbaycan Milli Elmlər Akademiyasının hüquq üzrə fəlsəfə doktoru dərəcəsinə yiyələnib.
31 Dekabr 2024
30 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ