Onlayn ictimai-siyasi qəzet
Aparıcı Aytən Səfərova keçirtdiyi avtomobil qəzasından sonra efirdən uzaqlaşıb.
Səfərova özünə yeni məşğuliyyət tapıb. Bu haqda o, özü məlumat yayıb.
Aparıcı bildirib ki, bundan sonra onlayn dərslər verəcək. O, aparıcı olmaq istəyənlərə səlist danışığı, diksiya və düzgün tələffüzü öyrədəcəyini əlavə edib.
Qeyd edək ki, A.Səfərova avtomobili ilə qəza törədib. Hadisə səhər saat 06:50 radələrində aparıcı işə gedərkən baş verib. "Hyundai" markalı iki minik avtomobilinin toqquşması nəticəsində maşınlardan biri yolun hərəkət hissəsində aşıb və kənarda dayanmış "KİA"ya çırpılıb. A.Səfərova müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 2005-ci il təvəllüdlü Ayxan Əliyev isə vəfat edib./axşam.az
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ