Onlayn ictimai-siyasi qəzet
Müğənnilər Manaf Ağayev və Əminə Şirinin birlikdə görüntüsü yayılıb.
Bir müddət əvvəl efirdə mübahisə edən sənətçilər müğənni Kərim Abasovun ad günü məclisində bir yerdə oturublar. Onlar birlikdə vidoya baxıb, onu müzakirə ediblər.
Əminə və Manaf verilişlərdə bir-birini tənqid etsə də, kamera arxasında mehriban olduqlarını göstəriblər.
Qeyd edək ki, ifaçılar arasındakı mübahisəyə səbəb Manafın "Toyxana görməyən insan sənətkar ola bilməz" sözlərinə Əminənin "Toyxanada sən ancaq ayaq üçün oxuyursan, sonrada şabaş yığıb əlində video çəkib paylaşırsan. Biz belə ifaçıya sənətkar deyək? Biz isə ayaq üçün yox, baş üçün ifa edirik. Ruha və qəlbə xidmət edən musiqini təqdim edirik. Bunları bir susduran olacaq ya yox? Bəsdirin də ayıbdı... Toya hamımız gedirik, qazanc yerimizdi, amma toy məktəb deyil" cavabı olub.
Daha sonra Əminə sənətçinin ünvanına "Onu 3 aylıq mənə versələr, musiqi tərzini dəyişərdim" sözlərini söyləyib./Axşam.az
11 Iyun 2025
03:54 Azərbaycanın 700 bal toplayanları - 116 nəfər indi harada işləyir və necə yaşayır? - ARAŞDIRMA
10 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ