İnsanlara hürriyət, millətlərə istiqlal!

Edqar Qazaryan: “Nikola Paşinyan ordu tərəfindən devrilməlidir”  

“Hakimiyyətdə kimin olmasından asılı olmayaraq, ordunun vəzifəsi sərhədlərin toxunulmazlığını, ölkənin təhlükəsizliyini təmin etməkdir. Bu, Silahlı Qüvvələrin konstitusion vəzifəsidir və əgər onlar konstitusiya borcunu yerinə yetirərkən maneələrlə qarşılaşırlarsa, onları aradan qaldırmalıdırlar. Düşmənin haradan gəldiyinin, harada yerləşməsinin ordu üçün - sərhəddə və ya arxa cəbhədə, fərqi yoxdur”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu, Ermənistanın Polşadakı keçmiş səfiri, Vayots Dzor vilayətinin keçmiş qubernatoru Edqar Qazaryan tərəfindən səslənib.

Edqar Qazaryanın sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının 2021-ci ildə baş nazirin istefasını tələb edən bəyanatının havada qalması doğru deyil və təhlükəlidir. Yəni Qazaryan əslində, hərbi çevrilişin daha düzgün addım ola biləcəyini dilə gətirib. Yeri gəlmişkən, bu adam yaxın günlərə qədər Ermənistan ombudsmanı vəzifəsinə erməni müxalifətinin əsas namizədi sayılırdı.

“Dövlət başçısının Vətən xaini, düşmən olması birinci dəfə deyil, tarixdə belə hallar olub. Dövlət qurumları dövlətin düşmənin, satqının əlində olduğunu anlayanda, milli maraqlara xidmət edən insanları hakimiyyətə gətirmək üçün xaini uzaqlaşdırır, həbsə atırlar”, - deyə Edqar Qazaryan bildirib.

Onun sözlərinə görə, 2020-ci il noyabrın 9-da Nikol Paşinyan David Tonoyanın ofisində olub.
“Gərək Tonoyan həmin vaxt onu kabinetindən qovaydı. Lakin avid Tonoyan indi haradadır? Həbsxanada”, – Edqar Qazaryan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR