İnsanlara hürriyət, millətlərə istiqlal!

Ədliyyə naziri səs verdi və bunları dedi...

Ədliyyə naziri Bəkir Bozdağ Şanlıurfa seçki dairəsində 1075 saylı seçki qutusunda səs verib. 

Musavat.com xəbər verir ki, vətəndaşlarla söhbət edən nazir Bəkir Bozdağ seçki prosesinin geridə qaldığını və bundan sonra xalqın qərarının gözləniləcəyini bildirib.

"Xeyirli, uğurlu olsun. Bu gün övladlarımızın, ailəmizin, millətimizin, dövlətimizin gələcəyi üçün millətimiz qərar verəcək. Onlara qərarlarında uğurlar arzulayıram. Şanlıurfada seçkilər demokratik keçirilir. Ölkəmizin hər yerində seçkilərin demokratik şəraitdə keçiriləcəyinə şübhəm yoxdur. Türkiyə və əziz millətimiz keçmişdən bu günə qədər bu mövzuda demokratik yetkinliyin ən gözəl nümunəsini göstərib", - Bəkir Bozdağ deyib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR