İnsanlara hürriyət, millətlərə istiqlal!

DYP il ərzində yol hərəkəti qaydalarını pozmayan sürücüləri mükafatlandırıb

Bu gün il ərzində yol hərəkəti qaydalarını pozmayan sürücülər Baş Dövlət Yol Polisi (DYP) tərəfindən mükafatlandırılıb.

Musavat.com xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib.

Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən Müayinə Mərkəzində keçirilən tədbirdə nümünəvi sürücü adı qazanan 37 sürücüyə müxtəlif hədiyyələr təqdim edilib.

Tədbirdə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri də iştirak edib və sürücülərə mükafatlar onlar tərəfindən təqdim olunub.

İl ərzində mütəmadi olaraq keçirilən tədbirdə məqsəd sürücüləri qayda pozmamağa təşviq və yollarda təhlükəsizliyi təmin etməkdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR