İnsanlara hürriyət, millətlərə istiqlal!

Düyü qiymətləri REKORD həddə çatdı

Qlobal bazarlarda düyünün qiyməti rekord həddə çatıb.

Musavat.com "Bloomberg"ə istinadən xəbər verir ki, Tailand Düyü İxracatçıları Assosiasiyası ölkənin istehsalı olan ağ düyünün 1 tonunun qiymətinin 648 dollara yüksəldiyini elan edib.

Bu, 2008-ci ildən bəri ən yüksək göstəricidir. Bu növ düyünün qiymətindəki belə artım qlobal düyü bazarında 50 faizlik bahalaşmaya gətirəcək.

Bahalaşmanın əsas səbəbi kəskin quraqlıq üzündən qlobal bazarın ikinci böyük satıcısı olan Tailandda düyü istehsalının azalmasına gətirib çıxarmasıdır. Belə ki, Tailand hökuməti fermerlərə bu il yalnız bir dəfə düyü əkməyi məsləhət görüb. Əl-Nino cərəyanının təsiri ilə başlayan quraqlıq nəticəsində Tailandda əsas düyü əkinlərinin yerləşdiyi ərazilərə 40 faiz az yağıntı düşüb. Buna görə də hökumət fermerləri daha az su tələb edən bitkilər becərməyə çağırıb.

Bundan əvvəl ən böyük düyü ixracatçısı olan Hindistan əsas növlərin ixracını dayandırıb. Tailandda az məhsul toplanması şəraitində qiymətlər sürətlə artır. Son 10 gündə ağ Tailand düyüsünün qiyməti 572 dollardan 648 dollara qədər artıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR