Onlayn ictimai-siyasi qəzet
Telegram kanalın təsisçisi Pavel Durovun həbsi ən çox Rusiya hakim dairərlərində ciddi narahatlıq doğurub.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı Rusiyanın bir sıra rəsmilərindən sərt açıqlamalar gəlir.
Onlardan bəzilərini təqdim edirik.
Dövlət Dumasının deputatı Vladislav Davankov: “İndi onu (Durovu) çıxarmaq lazımdır. Mən Rusiyanın xarici işlər naziri Sergey Lavrovu Fransa hakimiyyətini Pavel Durovu həbsdən azad etməyə çağırmağa çağırdım”.
Dövlət Dumasının deputatı Aleksey Puşkov: “Liberal diktatura azadlıq iddiasında olan və onun qaydaları ilə oynamayan tənhalara dözmür”.
Senator Andrey Klişas: “Fransızlar “söz azadlığı” və “Avropa dəyərləri” uğrunda mübarizəni davam etdirirlər”.
Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov: “Bəzi sadəlövh insanlar hələ də başa düşmürlər ki, əgər onlar beynəlxalq informasiya məkanında az-çox görünən rol oynayırlarsa, totalitar cəmiyyət olmağa doğru irəliləyən ölkələrə səfər etmək onlar üçün təhlükəsiz deyil”.
Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina: "Eyni səbəblərdən Zukerberq də indi dəmir barmaqlıqlar arxasında olmalı idi".
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ