Onlayn ictimai-siyasi qəzet
Qlobal istiləşmə səbəbindən getdikcə daha çox çəyirtkə hücumları qlobal qida təhlükəsizliyini təhdid edir.
“Report”un xəbərinə görə, bu barədə sinqapurlu və çinli alimlər Sinyue Liu, Dunsyao Çjan, Siaoqan He “Science advances” elmi jurnalı üçün məqalədə məlumat veriblər.
"İqlimin istiləşməsi çəyirtkə istilalarının geniş yayılmasına səbəb olacaq və çəyirtkələrə nəzarətin ümumdünya koordinasiyası üçün yeni çağırışlara səbəb olacaq", - məqalədə bildirilir.
Qeyd edilir ki, orta temperaturun və yağıntıların artması tipik olmayan ərazilərdə zərərvericilər üçün əlverişli şərait yaradacaq, Afrika və Cənubi Asiyada ənənəvi "qaynar nöqtələrdə" vəziyyəti daha da pisləşdirəcək. Tədqiqatda bildirilir ki, zərərvericilərin yayılma arealı karbon tullantıları ilə aktiv mübarizə vəziyyətində də genişlənməyə davam edəcək.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ