Onlayn ictimai-siyasi qəzet
117 yaşında dünyanın ən yaşlı insanı hesab edilən Amerika əsilli ispaniyalı Maria Branyas vəfat edib.
Bu barədə onun ailəsi məlumat yayıb.
Ailəsi bildirib ki, dünyanın ən yaşlı insanı, ABŞ-də doğulmuş və iki dünya müharibəsi, İspaniya vətəndaş müharibəsi, 1918-ci il qrip pandemiyası və COVID pandemiyasını yaşamış ispaniyalı Maria Branyas Morera çərşənbə axşamı 117 yaşında vəfat edib.
Ginnesin Rekordlar Kitabı 2023-cü ilin yanvarında 118 yaşında fransız rahibəsi Lucile Randonun ölümündən sonra Branyasın dünyanın ən yaşlı insanı statusunu rəsmən təsdiqləyib.//APA
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ