İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən varlı adamı ABŞ-da siyasi seçimini etdi

Dünyanın ən varlı adamı, amerikalı milyarder İlon Mask noyabrın 8-də keçiriləcək Konqres seçkilərində “müstəqil düşüncəli” seçiciləri respublikaçılara səs verməyə çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə o, yeni satın aldığı “Tvitter” sosial platformasındakı şəxsi hesabında yazıb.

"Hakimiyyət bölgüsü ikipartiyalı ifratçılığı nəzarətdə saxlayır, ona görə də prezidentin demokrat olduğunu nəzərə alaraq, Respublikaçılara səs verməyi tövsiyə edirəm" deyə Mask qeyd edib.

"Güclü Demokratlar və ya Respublikaçılar heç vaxt qarşı tərəfə səs vermirlər, ona görə də müstəqil seçicilər həqiqətən kimin hakimiyyətdə olduğuna qərar verirlər!",-deyə milyarder biznesmen vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR