İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın "ƏN GÜCLÜSÜ" uğursuz oldu - ŞOK GÖRÜNTÜLƏR

İlon Maskın sahibi olduğu SpaceX şirkəti tərəfindən indiyə qədər istehsal edilən və inkişaf etdirilən ən güclü raket "Starship" dünən ilk sınaq buraxılışı zamanı havada partlayıb.

Musavat.com xəbər verir ki, ABŞ-ın Texas ştatında baş tutan və yüzlərlə insanın izlədiyi sınaq buraxılışında raket havaya qalxdıqdan 3 dəqiqə sonra 39 kilometr yüksəkliyə çatdıqda əvvəlcə havada sallanıb, daha sonra partlayaraq Meksika körfəzinə düşüb.

Space X-in açıqlamasında hadisənin raketin bir neçə yanacaq mühərrikinin sıradan çıxması səbəbindən baş verdiyi qeyd olunub.

Partlayışdan sonra Mask öz Twitter hesabında komandasına təşəkkür edib və bu buraxılışın "bir neçə aydan sonra keçiriləcək növbəti sınaq üçün çox şey öyrətdiyini" yazıb.

NASA-nın ən güclü raketi "Artemis"dən təxminən iki dəfə güclü olan, 120 metr yüksəkliyə qalxan "Starship" kosmik gəmisi planetlərarası səyahəti təmin etmək üçün nəzərdə tutulub. Space X insanları və yükləri Aya və Marsa göndərmək üçün "Starship"dən istifadə etməyi planlaşdırır.

6441af0c4e3fe11030e5a4e2.jpg (54 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR