Onlayn ictimai-siyasi qəzet
“Miss Earth” beynəlxalq gözəllik müsabiqəsinin qalibi Albaniya təmsilçisi olub.
BAKU.WS xəbər verir ki, yarışmanın finalı YouTube-da yayımlanıb.
Müsabiqəsinin finalında münsiflər heyəti dörd qalibi seçib. Ən şərəfli titul albaniyalı Drita Ziriyə verilib.
Müsabiqənin təşkilatçıları həmçinin yeddi xüsusi nominasiya üzrə mükafatlar təqdim ediblər. Vyetnamlı Do Thi Lan Anh ən yaxşı performansa və ən yaxşı milli geyimə görə təltif olunub.
Filippinli İlyane Aduane bikini yarışmasının qalibi olub.
Xalqın seçimi indoneziyalı Sindi İnanto olub. Ən yaxşı gecə paltarına görə Qazaxıstan təmsilçisi Dilnaz Tilayeva mükafatlandırılıb.
İstedad yarışmasında birinci yeri Yeni Zelandiyadan olan Caitlin Dulcie tutub.
Yarışmanın finalını təqdim edirik:
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ